Ana səhifə / Media / Nəsimi İcra Hakimiyyəti Novxanı AQUAPARK-da istirahətini təşkil etdi…

Nəsimi İcra Hakimiyyəti Novxanı AQUAPARK-da istirahətini təşkil etdi…

Nəsimi rayon İcra Hakimiyyəti nin məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün keçirdiyi silsilə tədbirlər davam edir.

Nəsimi RİH-dən baki-xeber.com-a verilən xəbərə görə, bu günlərdə Novxanı AQUAPARK əyləncə mərkəzində təşkil edilən tədbirə uşaqlar onlar üçün xüsusi ayrılmış avtobuslarla aparılıb. Tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı ailələrin övladları, həmçinin təhsildə və idmanda fərqlənən 150 nəfərədək məktəbli iştirak edib.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlara xoş istirahət arzu edərək bildirib ki, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mədəni mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin,sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.

Novxanı AQUAPARK əyləncə mərkəzində uşaqlar müxtəlif maraqlı su attraksionlarında əylənib, oyunlarda iştirak edib, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. İsti yay günündə uşaqlar Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əyləniblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.

Məktəblilər həmçinin Novxanıda yerləşən Flora Klubda da olaraq bu bağda yetişdirilən çoxsaylı bitki və güllərə baxıblar. Uşaqlar arasında şahmat və dama yarışları keçirilib, qaliblər hədiyyələrlə mükafatlandırılıb.

Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmaqla onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub. Valideynlər məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın