Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Nərimanovda ağac qətliamı – Yeni obyekt tikintisi üçün ağaclar məhv ediləcək – FOTOLAR

Nərimanovda ağac qətliamı – Yeni obyekt tikintisi üçün ağaclar məhv ediləcək – FOTOLAR

“Ərazi satılıb, nəsə tikəcəklər”

Söhbət Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsindən gedir. Bu küçənin bir hissəsində 10-a yaxın ağac kəsilib və tikiləcək obyekt üçün şərait yaradılıb.

Bu haqda Skrom.Net-ə rayon sakinləri xəbər veriblər. Sakinlərin sözlərinə görə, buranı təmizləyib, obyekt tikəcəklər. Hətta həmin ərazidə hələ də “cəlladların” toxunmadığı ağacların da taleyi sual altındadır.

Sakinlər deyirlər ki, geridə qalan ağacları da kəsəcəklər: “Ərazi böyük ehtimal satılıb. Çünki yaşayış və ya obyekt olmayan bir yerin girişinə asfalt çəkiblər. Ərazidə olan ağaclar kəsilib. Yeri düzlənir. Həmçinin köhnə taxtalar və ərazidə əşyalar yığılıb. Məlumat var ki, yol boyu bütün ağaclar kəsiləcək və yerində müxtəlif obyektlər tikiləcək. Bu tamamı ilə qanunsuzdur.

…yol boyu bütün ağaclar kəsiləcək və yerində müxtəlif obyektlər tikiləcək

Bakıda bir az ağac qalıb. Onları da pul üçün, kimlərinsə cibi dolacaq deyə kəsirlər. Nərimanov rayon icra hakimiyyətinin bundan xəbəri yoxdur? Onun xəbəri olmadan daşı-daş üstünə qoymaq olmur. Sadəcə xırda-xırda işləyirlər ki, diqqət çəkməsin”.

Nərimanov rayonunda oxşar hadisələr tez-tez baş verir. Ağaclar kəsilir, yerində binalar ucalır. Və hər birinin də yerli icra hakimiyyətindən imzalı sənədi olur. Bu da o deməkdir ki, qanunsuz tikintiyə qanuni don geyindirən elə Nərimanov rayon icra hakimiyyətidir.

Mövzunu diqqətdə saxlayacağıq.

 

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın