Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Müşviq Ələsgərli: “Onlayn medianın inkişafına dəstək üçün zərurət yaranıb”

Müşviq Ələsgərli: “Onlayn medianın inkişafına dəstək üçün zərurət yaranıb”

“Onlayn medianın özünün maliyyə mənbələri olmalıdır. Mövcud reklam bazar şəraitində bizdə olan böyük həcmli onlayn medianı saxlamaq mümkün deyil”.

Bu fikirləri Sputnik Azərbaycana Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli bildirib.

“Hazırda onlayn medianın inkişafına dəstək üçün zərurət yaranıb. Amma bu dəstək verilməzdən öncə onun hüquqi əsasları hazırlanmalıdır. Yəni onlayn medianın fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilk bazası formalaşdırılmalıdır. Bunun üçün ya bizim mövcud qanunvericilikdə dəyişikliklər edilməlidir, ya da yeni qanun vericilik aktı hazırlanmalıdır. O cümlədən, Mətbuat Şurasının səlahiyyəti və strukturu barədə qanun yenilənməlidir”,- deyə o, bildirib.

Mətbuat Şurasının İdarə Heyəti KİV-lərin dövlət tərəfindən maliyyələşməsi şərtlərinin dəyişməsindən sonra yaranmış vəziyyəti, internet media resurslarının maliyyələşməsi məsələlərini müzakirə edib.

Read more: https://sputnik.az/radio/20190216/419374319/elesgerli-onlayn-media-inkishaf.html

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …