Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Media / Müştərini narazı salan “Namlı Kebap” restoranı həm də vergidən yayınır? – FOTOFAKT

Müştərini narazı salan “Namlı Kebap” restoranı həm də vergidən yayınır? – FOTOFAKT

Bakıda müxtəlif qiymətlərə fərqli menyular təklif edən restoranlar var. Təbii ki, vətəndaşlar öz ciblərinə uyğun, nahar etməyə yer də seçirlər. Lakin qiymətlərin həddən artıq baha olması, eyni zamanda çeklərdə VÖEN-in qeyd olunmaması kimi hallar da müşahidə olunur. İyunun 21-də Qafqaznews.az-a müraciət edən Bakı sakini İntiqam Həsənov bildirdi ki, 2 gün əvvəl “Sahil” metrostansiyası yaxınlığında dostları ilə adətən iftar etdiyi  “Dafne by Dalida” restoranına gedərkən, “Namlı Kebap”adlı restoranın içindən azan eşidiblər. “Biz qərara gəldik ki, ela burda oturaq. Soruşduq iftar menyunuz varmı, dedilər yox, amma münasib yeməklər təklif edə bilərik. Biz üç nəfər idik, lakin bir nəfər iftar tutmurdu, o sadəcə 5 manatlıq mərci şorbası içdi. İki nəfər üçün bir az salat, “Sirab” suları və iki pors da quzu soyutması gətirdilər. Hesab istəyəndə bizdən 92 manat 50 qəpik tələb olundu. Mən heyrətləndim. AdətNamli1ən, “Dafne by Dalida” da iftar menyusu olur və 18 manata kabab, qovurma verirlər. Lakin burda belə bahaçılığın olması məni qeyzləndirdi. Digər tərəfdən, verdikləri çekdə VÖEN qeyd olunmayıb. Mənə dedilər ki, guya onlara Mədəniyyət və Turizm Nazirliyindən belə deyilib. Sonra da dedilər ki, bəs arenda 12 min dollardır, o da edir 20 min manat, ona görə qiymətlər belə bahadır”, – deyə İ.Həsənov bildirdi.1
“Namlı Kebap” restoranının administratoru Vasif Əsgərov bildirdi ki, onlarda konkret iftar menyusu yoxdur: “Həmin adamlar bizdən ən yaxşı yemək istədilər. “Quzu təndir” istəyiblər, onun da bir porsu 18 manatdır. Biz qiymətləri özümüz müəyyən edirik. Devalvasiyadan sonra belə, qiymətlərdə bahalaşdırma etməmişik. Ramazan ayında içki vermirik, müştəriləri qaçırmağımıza rəğmən, bir ay ərzində içkisiz xidmət göstəririk”.

Biz İntiqam Həsənovun qeyd etdiyi”Dafne by Dalida” restoranı ilə də maraqlandıq, Səfadar adlı adiministrator sayta bildirdi ki, onlarda iftar menyusu hər gün dəyişildaf1309868259ir: “Ümumi 18 manat məbləği qarşılığı ilə müştərilərə iftar tabağı, qovurma, qazlı və qazsız sular, kabab və salatlar təklif olunur”.

“Dafne by Dalida” nın administratoru müştərilərə verdikləri çekdə VÖEN qeyd olunduğunu da qeyd etdi. Biz sözügedən problemlə bağlı Vergilər Nazirliyinin “Qaynar Xətt”inə müraciət etdik. VN-in əməkdaşı Murad İbrahimov Qafqaznews.az-a bildirdi ki, Vergilər Məcəlləsinin 50-ci maddəsinə görə, kassa-nəzarət aparatından verilən çeklərdə VÖEN qeyd olunur: “Əgər hansısa müəssisədə vətəndaşlara verilən çekdə VÖEN nömrəsi yoxdursa, bu, qanun pozuntusudur. Belə qanun pozuntusuna yol verənlərə qarşı VM-in 57-ci maddəsi əsasında sanksiya tətbiq olunur”.

eyyub_huseynov_00Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da vurğuladı ki, VÖEN qeyd olunmayan çek vermək kobud şəkildə qanunu pozmaq deməkdir. Onun sözlərinə görə, VN-də qeyd olunmayan başqa aparatdan çek çap etməklə, müştərini aldadır və vergidən yayınırlar.

“Cənab Prezident dəfələrlə vurğulayıb ki, vətəndaşları soymaq olmaz. Dövlət başçısı hər zaman bahalaşmanın əleyhinə çıxış edib. Eyni zamanda, ölkə rəhbərliyi tərəfindən sahibkarlar üçün şərait yaradılıb. Təəssüflər olsun ki, bəzi sahibkarlar bu şəraitdən sui-istifadə edir və istehlakçıları soyurlar. İaşə yerlərində qiymətlərə görə konkret qadağa və normalar olmasa da, görünür ki, onlar bu haldan sui-istifadə edir, özlərinin əlavə xərclərini də müştəriyə ödətdirir, istədikləri məbləği tələb edirlər. Nazirlər Kabinetinin 94 saylı qərarına görə də, müştərilərə menyu göstərilməli, əvvəlcədən qiymətlər barədə məlumat verilməlidir”, – deyə E.Hüseynov vurğulayıb.

113493046_251861158520618_574945212_n

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın