Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Media / “Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi “Yeni Müsavat” qəzetidir” – Azər Ayxan

“Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi “Yeni Müsavat” qəzetidir” – Azər Ayxan

“AXCP və Müsavatdakı rəhbər heyət psixoloji baxımdan sıradan çıxıb. Nəsə edəcək halları qalmayıb. Hətta təsadüfən əllərinə hakimiyyət keçsə, bu adamlar onu idarə etməyi bacarmayacaqlar. Məncə, AXCP-ni və Müsavat Partiyasını buraxmaq lazmdı”.

Azinforum.az-ın məlumatına görə, belə bir təkliflə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan çıxış edib. O, həmçinin iddia edib ki, Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi “Yeni Müsavat” qəzetidir.

A.Ayxanın “Facebook” statusunu təqdim edirik: “Azərbaycanlılar istər məişətdə olsun, istərsə siyasətdə – yürüməyən bir şeyi zorla davam etdirməyə çox meyllidilər. Birgəlik alınmayanda rahat boşanmaq mədəniyyəti yoxdu. Boşanmalar dava-dalaşla olur əksər hallarda. Boşandıqdan sonra da qırğın çıxır keçmiş ər-arvad arasında. Sonu ölümlə, qətllə bitir bəzən. Yaxud, valideynlə övlad yola getmirlər, yenə bir çatı altında yaşamağa davam edirlər. Bir-birilərinin həyatlarını qara edirlər, fəqət uzaq dayanmırlar bir-birilərindən. “Sən yoluna, mən yoluma” düsturuna əməl etmir kimsə. Hamı bir-birinin yoluna çıxıb, “qəza” vəziyyəti yaradır.

Siyasətdə də belədi. Yürüməyən, getməyən prosesi gedirmiş kimi göstərib, özünü və ətrafı aldatmaq, bezdirmək, dalaşmaq nəyə lazım?

Məsələn, Azərbaycanda iki klassik siyasi təşkilat var ki, artıq onlar missiyalarını başa vurublar. Son 15 ildir, fiasko ilə üzləşiblər. Necə deyərlər, gəmiləri torpağa oturub. Siyasi erroziyaya məruz qalıb, hətta karkasları belə dağılmaq üzrədi bu təşkilatların. AXCP və Müsavatdakı rəhbər heyət, orta təbəqə siyasi-psixoloji baxımdan sıradan çıxıb. Nəsə edəcək halları qalmayıb. Hətta təsadüfən əllərinə hakimiyyət keçsə, bu adamlar onu idarə etməyi bacarmayacaqlar. Məncə, AXCP-ni və Müsavat Partiyasını buraxmaq lazmdı. Alınmadı də. Uğursuzluq oldu. Niyə özünüzü zorla girovluqda saxlayırsız? Atın bu yükü, məsuliyyəti üzərinizdən, canınız qurtarsın. Müsavatın mənəvi-siyasi və hətta hüquqi varisi “Yeni Müsavat” qəzetidi. Milli azadlıq hərəkatının 30 ildi uğurla davam edən bu proyekti AXC-dən və Müsavat Partiyasından daha böyük işlər görüb və görməkdədir. Yəni demək istyəyirəm ki, Müsavat adını, irsini daşıyan bir tribuna, hüquqi şəxs var “Yeni Müsavat”ın timsalında. Ona görə də rahat ola bilərsiniz”.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …