Cümə , Oktyabr 30 2020
Ana səhifə / Media / Murad Musayev: “Yazdığım  yazılar əslində heç bir reallığı əks etdirmir”

Murad Musayev: “Yazdığım  yazılar əslində heç bir reallığı əks etdirmir”

Ağdaş rayonunda jurnalist kimi fəaliyyət göstərən Murad Musayev bir müddət əvvəl adının hallandığı qalmaqala aydınlıq gətirib. Onun Azinforum.az saytına göndərdiyi məktubu olduğu kimi təqdim edirik: “Ağdaş rayon təhsil şöbəsinin müdiri Hürü Əliyevanın oğlu Rəhman Cəfərli ilə aramamızda olan anlaşılmazlığa aydınlıq gətirildi. Əsəbi halda olub “feysbuk” sosial şəbəkəsində  yazdığım  yazılar əslində heç bir reallığı əks etdirmir. Belə ki, Ağdaş rayon Qaradağlı kənd orta məktənində sınaq imtahanı adı ilə bilet satılmasını H.Əliyevanın göstərişi ilə olduğunu yazmışdım. Sonradan məlum oldu ki, əslində uşaqların sınaq imtahanına aparmasının Ağdaş rayon təhsil şöbəsinin müdiri Hürü Əliyeva və oğlu “Dilək” kurslarının rəhbəri Rəhman Cəfərli ilə heçbir əlaqəsi yox imiş. Bunu nəzərə almağınızı və saytınızda işıqlandırmağızı xaiş edirəm”.

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …