Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Murad Köhnəqala: “Tovuz məhkəməsi mənimlə düşmənçilik edir”

Murad Köhnəqala: “Tovuz məhkəməsi mənimlə düşmənçilik edir”

Tanınmış şair Murad Köhnəqala Tovuz rayon Məhkəməsindən şikayətçidir.

Bakupost.az-ın məlumatına görə, şair özünün feysbuk səhifəsində paylaşdığı qeyddə bildirir ki, Tovuz rayon Məhkəməsi onunla qərəzli davranır:

“Tovuz Rayon Məhkəməsi mənimlə açıq-aşkar düşmənçilik edir. 15 sutka azadlıqdan məhrum edilməyim barədə qərar çıxaran məhkəmə sədri Qafil Baxşıyev və hakim Rəşad Məmmədovun düzənlədiyi məhkəmədən heç bir ay keçməyib, məni bu ayın 15-i üçün yenidən məhkəməyə çəkirlər. Qarşı tərəfə bir ayda 2500 manat ödəniş etmişəm. İndiyədək abrıma qısılıb, özümə vəkil tutmamışam. Bu günədək barəmdə çıxarılan məhkəmə qərarlarını hansı hüquqşünasa göstərmişəmsə, hamısı birmənalı şəkildə mənə qarşı haqsızlıq olduğunu bildirib. Tovuz Məhkəməsi alimentin məbləğindən tutmuş, qeyri-rəsmi ödənişlərə kimi, uşaqların saxlanmasına dair hər iki valideynin öhdəlik daşımasına, uşaqların yaşının 18-i keçməsinə qədər aliment verilməsi haqqında qanunda təsbit olunan bütün maddələri kobudcasına pozub. Məhkəməni oyuncağa çevirən bu adamlar indi məndən nə istəyir, çox maraqlıdı? Bunlar Azərbaycan məhkəməsinin imicini korlamaqla, biabır etməklə kim(lər)in sifarişini həyata keçirirlər görəsən?”

Qeyd edək ki, M.Köhnəqala ötən ay məhkəmə tərəfindən 15 sutkalıq inzibati həbslə cəzalandırılmışdı. O, keçmiş həyat yoldaşına aliment ödəmədiyi üçün məhkəmə tərəfindən həbsə məhkum edilmişdi. Qərar ictimaiyyətdə böyük rezonans doğurmuşdu. Şairin dostları ümumi borcun 4500 manatını toplayıb onun vaxtından əvvəl həbsdən çıxmasını təmin etmişdi.

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …