Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Murad Dadaşov “Xəzər TV”də ilk iclasını keçirdi – FOTO

Murad Dadaşov “Xəzər TV”də ilk iclasını keçirdi – FOTO

Xəzər Media Mərkəzinə təyinatı təsdiqlənən Xalq artisti Murad Dadaşov Xəzər komandası ilə iclas keçirib.

Sonxeber.com xəbər verir ki, Murad Dadaşov şəxsi instaqram hesabında Xəzər ailəsindən olan işçilərlə görüş keçirməyini əks etdirən foto paylaşıb. Görüşdə “Hər şey daxil” verilişinin müəllif və aparıcısı, prodüser Tarix Əliyev də olub.

Şərh bölməsinə çoxsaylı təbriklər gəlib. İzləyicilər şərh bölümünə “Üzdəniraq müğənnilərə qadağa qoyun”, “Tolikin verilişini bağlamaqda çox düzgün qərar verdiiniz” kimi şərhlər yazıblar. Şərhlərin içərisində ən maraqlısı isə bir izləyici tərəfindən Murad müəllimə “Maşın Şou” ilə bağlı ünvanlanın sual olub: “Maşın şounun aqibəti necə olacaq?”

Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …