Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Manşet / Müharibə şəraitində informasiya ilə ehtiyatlı davranmaq öhdəliyi yalnız jurnalistlərə aiddir?

Müharibə şəraitində informasiya ilə ehtiyatlı davranmaq öhdəliyi yalnız jurnalistlərə aiddir?

Çox maraqlıdır, hamı jurnalistlərə çağrış edir ki, dəqiqləşdirilməmiş məlumat yaymasınlar. Mənə elə gəlir ki, belə məqamlarda informasiya ilə necə davranmağı ən gözəl bilən də elə jurnalistlərdi. Təbii ki, söhbət peşəkar jurnalistlərdən gedir.

Düzdür, Aprel döyüşlərində medianın müəyyən yanlışları oldu. O da, müharibə şəraitində necə davranmaqla bağlı təcrübəsizlikdən irəli gəlirdi. Bu illər ərzində peşəkar media quruluşlarımız həm də anoloji vəziyyətlərdə necə davranmaqla bağlı geniş təcrübə toplamış oldular.

Gün ərzində müxtəlif sosial şəbəkələrdə paylaşılan və real vəziyyəti əks etdirən 100-ə yaxın fərqli videolar izləmişəm. Aydın şəkildə görünür ki, videoları ictimailəşdirən ilkin mənbə elə həmin əməliyyatlarda, döyüşlərdə iştirak edən hərbçilərimizin özüdür.

Elə orada çəkib, oradaca sosial şəbəkələrə yükləyiblər. Maraqlıdır ki, çox böyük baxış gətirə biləcək həmin videoların birinin belə peşəkar media nümunələrində tirajlandığının şahidi olmadım.

Düzdür, qürur duyulası mənzərələrdi. Ancaq o cür videolar mütləq filtirdən keçməlidir. Çünki ermənilər bir müddət sonra həmin görüntülərdən əleyimizə istifadə edə bilərlər.

Bunun detalları barədə daha ətraflı izahat verməyə lüzum görmürəm. Nəzərə almalıyıq ki, biz məkirli düşmənlə yalnız hərbi müstəvidə deyil, həm də diplomatiya və informasiya sahəsində müharibə aparırıq.

Buna görə də, döyüşlərdə iştirak edən zabit və əsgərlərə birmənalı şəkildə smartfon tipli mobil telefonlardan istifadə qadağan olmalıdır. Lazım olan çəkilişləri yalnız səlahiyyətli şəxslər etməli və yuxarı rəhbərliklə razılaşıldıqdan sonra, həmin görüntülər ictimailəşməlidir.

Hərbiçilərin paylaşdığı videolarla bağlı səlahiyyətli şəxslərdən hansısa xəbərdarlığın edildiyini görmədim, eşitmədim. Artıq dünya dəyişib. Hazırda informasiyanı yayma imkanı və səlahiyyəti yalnız jurnalistlərdə deyil.

Sosial şəbəkələrdə elə şəxsi profil və səhifələr var ki, izləyicisi trafiki bütün media resurslarının cəminin göstəricisini belə üstələyir. Buna görə də, bu cür vəziyyətlərdə yalnız jurnalistlər deyil, hamı, xüsusilə də hərbçilər ehtiyatlı olmalıdır.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Yeni təyin olunan xanım nazir müavininin ertotik rəqs görüntüsü – VİDEO

Sosial şəbəkələrdə Gənclər və idman nazirinin müavini təyin olunan Marina Vasilevanın erotik rəqs etdiyinə dair …