Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Mübarək” restoranında  namübarək işlər – Hacı hara baxır?

“Mübarək” restoranında  namübarək işlər – Hacı hara baxır?

Bir müddət əvvəl redaksiyamıza daxil olmuş məlumatlarda Bakı şəhəri, Xocalı prospekti 15 ünvanında yerləşən “Mübarək” şadlıq sarayının fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs olunurdu. Ümumiyyətlə bu mövzuya dair dərc etdiyimiz materiallarda, biz hər dəfə belə bir fikri vurğulamağa çalışmışıq ki, bu gün bir çox ictimai-iaşə obyektlərində, o cümlədən şadlıq evlərində yol verilən özbaşınalıqlar artıq olduqca təhlükəli tendensiya halını almaqdadır. Məlum olduğu kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, şənlik məclisi təşkil etmək istəyənlərin aşağıdakı hüquqları vardır:

1. Məclislərin keçirilməsi üçün şadlıq evlərinə sifariş verilməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərini (menyunu) əldə etmək;

2. Qonaqlara vermək istədiyiniz yeməklərin, içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malları daxil etmək;

3. Məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısını məclis sahibinin özünün müəyyənləşdirməsi;

4. Məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adları, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlamaq;

5. Göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra əldə etmək.

Lakin bu günümüzün reallığında qanunla nəzərdə tutulan bu hüquqların əksəriyyəti şadlıq evləri tərəfindən kobud şəkildə pozulmaqdadlr. O cümlədən aldığımız məlumatlarda da bildirilir ki, Namiq adlı şəxsin rəhbərlik etdiyi “Mübarək” şadlıq evində də, nəinki bura müştəri qismində müraciət edən toy sahiblərinin, həmçinin gələn qonaqların da bir çox hüquqları qətiyyən tanınmır. Təbii ki, bu şadlıq evində müştəriyə kassa çekinin təqdim olunmasından danışmaq ümumiyyələ gülünc olardı. Müştəri ilə müəssisə rəhbərliyi arasında hər hansı müqavilənin bağlanması şərtindən isə, yəqin ki, burada heç kəsin xəbəri belə yoxdur. Lakin bunlar, “Mübarək”də yol verilən qanun pozuntularından bəlkə də ən “zərərsizləri”dir. Təbii ki, şadlıq evinə müraciət edən toy sahibini də, qonaqları da daha çox maraqlandıran əsas məqam bu müəssisənin mətbəxində olan vəziyyətdir. Aldığımız məlumatlarda isə bildirilir ki, “Mübarək” şadlıq sarayının mətbəxində demək olar ki, heç bir gigiyenik qaydalara əməl edilmir. Belə ki, iddialara görə bu müəssisədə dünənki toy süfrəsindən “qənaət” olunmuş ərzaqların, hətta bişmiş yeməklərin belə “təzələnərək” bugünkü məclisin süfrəsinə düzülməsi artıq çoxdan adi bir hal olub. Bəzi mənbələr isə hətta iddia edirlər ki, bu gün “Mübarək” şadlıq sarayı müştərilərə keyfiyyətsiz və hətta sağlamlıq üçün təhlükəli ərzaqlardan hazırlanan qida təklif olunan restoranlar siyahısında ilk yerlərdən birini tutur. Həmçinin bu şadlıq evində olan mənbələr də təsdiq edirlər ki, burada keçirilən toyların birində əl vurulmamış və ya yarımçıq qalmış qidalar növbəti toyda süfrənin “bəzəyi”nə çevrilir. Əldə etdiyimiz digər bir məlumata görə isə, bu şadlıq sarayına gələn ət məhsulları, içkilər və digər qida məhsulları hansısa gizli yerlərdə, çox ucuz qiymətə tədarük olunur: “Ən səthi yoxlama zamanı da aşkar etmək olar ki, burada yeməklər keyfiyyətsiz və mənşəyi bəlli olmayan ərzaqlardan hazırlanır. Hələ üstəlik bugünkü toyun xörəklərini, salatlarını soyuducuda saxlayıb növbəti toyda verirlər…”

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın