Ana səhifə / Media / Müəllimlərin maaşı ilə bağlı problem iki günə aradan qaldırılacaq – NAZİRLİK

Müəllimlərin maaşı ilə bağlı problem iki günə aradan qaldırılacaq – NAZİRLİK

Ötən gün respublikanın orta məktəblərində çalışan müəllimlərin iki aydır ki, əmək haqqı almaması ilə bağlı məlumat vermişdik.

Virtualaz.org-un redaksiyasına müraciət edən müəllimlər maaşlarının gecikdirilməsi ilə ciddi problem yaşadıqlarını qeyd edirdilər. Bəzi məktəblərdə müəllimlərə avans verilsə də, əksər müəllimlər heç onu da almayıblar. Yaranmış problemə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovla əlaqə saxlasaq da, o, məktəblərdə maaşların gecikdirilməsi ilə bağlı deyilənləri inkar etmişdi. Nazirlik rəsmisinin sözlərinə görə, əgər belə bir fakt varsa, konkret müraciət olunmalıdır: “Respublikanın bütün məktəblərində müəllimlərin maaşları gecikdirilə bilməz. Əgər konkret fakt varsa, bizə bildirin, biz də araşdıraq. Ümumiyyətlə, bununla bağlı nazirliyin elektron ünvanına sorğu göndərmək lazımdır”.

Lakin bu gün nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, növbəti iki gün ərzində bu problem öz həllini tapacaq: “2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb. Növbəti iki gün ərzində digər müəllimlərin əməkhaqqı da onların bank hesablarına köçürüləcək”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın