Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Müəllimlər niyə işə qəbul ola bilmir? – VİDEO

Müəllimlər niyə işə qəbul ola bilmir? – VİDEO

İmtahanda 30 minə yaxın müəllim iştirak etdi. Amma istər redaksiyamıza daxil olan müraciətlərdən, istərsə də sosial şəbəkələrdən aydın olur ki, müəllimlər təqdim olunmuş vakansiyalardan narazıdırlar və yüksək bal yığsalar belə, vakant yer tapmadıqlarını deyirlər.
İstər bölgələrdə, istəsə də Bakıda kifayət qədər bal toplamış namizədlər müəllimlik üçün yer tapa bilmədiklərini deyirlər. İmtahan vermiş müəllimlər bundan narazılıqlarını ifadə edirlər. Təhsil Nazirliyinin insan resursları şöbəsinin direktor müavini isə namizədlərin keçid balını toplamalarının vakant yerə qəbul üçün kifayət etmədiyini bildirir.
Namizədlərin digər narazılıqları isə elan edilmiş vakant yerlərin azlığı ilə əlaqədardır. Qeyd edək ki, seçim üçün 3381 vakant yer göstərilib. Müəllimlər isə məktəblərdə boş yerlərin gizlədildiyini iddia edirlər.
Təhsil Nazirliyinin nümayəndəsi Eşqi Bağırov isə deyir ki, vakansiyaların gizlədilməsi ilə bağlı hər hansı müraciət olduqda fakt dərhal araşdırılır və təsdiqini tapdıqda müvafiq tədbirlər görülür. Onun sözlərinə görə, vakansiyaların gizlədilməməsi üçün proqram təminatı da var. Vakansiyaların az təyin olunmasında məqsəd isə müəllimlərə kifayət qədər dərs saatının düşməsini təmin etməkdir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın