Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Müəllimlər maaşlarının 50 faiz artırılmasını istəyir

Müəllimlər maaşlarının 50 faiz artırılmasını istəyir

Aprel-may aylarında ölkənin digər 26 şəhər və rayonunun dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəllimi iştirak edəcək.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılmalıdır. Məlumata görə, onların əlavə təlim ehtiyacları da nəzərə alınacaq.

Lakin bu istiqamətdə real durum qeyd edilənlərin tam əksinədir. Belə ki, sözügedən artımın ikiqat, yəni 100 faiz olduğu bildirilsə də, artım əslində, cəmisi 33 faizdir. Bunu hazırda orta ümumtəhsil məktəblərində çalışan müəllimlər təsdiq edir. Diaqnostik qiymətləndirmənin nəticəsinin ümumi rifah halına o qədər də təsir etmədiyini vurğulayan təhsil işçiləri, orta aylıq əməkhaqqının artırılmasını daha uyğun variant hesab edir. Yəni maaşların 50 faiz artırılması sözügedən 100 faizlik diaqnostik qiymətləndirmədən daha məqbul olardı.(azadlıq.info)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın