Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Media / Müəllimlər maaşlarını özləri hesablaya biləcəklər

Müəllimlər maaşlarını özləri hesablaya biləcəklər

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunun üçün Təhsil Nazirliyinin internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçmək lazımdır.

“Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər. Müəllimlər “Onlayn kalkulyator” (http://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər. Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əmək haqlarının onlayn kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur” – deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …

Bir cavab yazın