Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Media / Müəllimlər gecikmiş maaşlarını nə vaxt alacaqlar? – AÇIQLAMA

Müəllimlər gecikmiş maaşlarını nə vaxt alacaqlar? – AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu həftədən etibarən müəllimlərin oktyabr ayı üçün nəzərdə tutulan əmək haqlarını ala biləcəyini açıqlasa da, onların bəziləri bu gün də maaşını almayıb. Bəzi rayonlar üzrə müəllimlərin əmək haqları hələ də gecikdirilir.

Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi artıq başa çatıb və bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqısı onların bank hesablarına köçürülüb:

“Sadəcə, maaşın karta köçürülməsi prosesi texniki cəhətdən müəyyən vaxt ala bilər. Bu hal hər tədris ilinin əvvəlində müşahidə olunur. Müəllimlər narahat olmasınlar, onlar yaxın zamanda gecikmiş əmək haqlarını ala biləcəklər”.

Təhsil İdarəsindən o da bildirilib ki, sentyabr ayında dərs yeni başladığından müəllimlərin əksəriyyətinin dərs saatları tam formalaşmayıb. Buna görə də onlar sentyabr ayının əmək haqlarını müəyyən kəsrlərlə alıblar. Bu ay isə müəllimlərə əmək haqları ilə yanaşı, sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr də verilib.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın