Ana səhifə / Media / MTRŞ və Mətbuat Şurasına cərimə tətbiq etmək səlahiyyəti verildi – Fərman

MTRŞ və Mətbuat Şurasına cərimə tətbiq etmək səlahiyyəti verildi – Fərman

Teleradio yayımlarında dövlət dili normalarının pozulmasına görə inzibati xətanı aşkar etmiş Milli Telveziya və Radio Şurasının sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, şöbə müdiri, sektor müdiri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edəcək.

Mia.az-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından Şuranın sədri, onun müavini, Naxçıvan Mətbuat Şurasının sədri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edəcək.

Eyni zamanda Nazirlər Kabineti  kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 533-1-ci maddəyə (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Qanun bu gündən qüvvəyə minib.

Həmçinin oxuyun

7 qəzetə KİVDF vəsait ayırmadı – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının …