Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Media / MTRŞ: TV-lərdə zərərli vərdişlərlə bağlı verilişlərin hazırlanmasında çatışmazlıqlar var

MTRŞ: TV-lərdə zərərli vərdişlərlə bağlı verilişlərin hazırlanmasında çatışmazlıqlar var

“Azərbaycanda fəaliyyət göstərən televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır”.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev ONA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, televiziya və radio yayımçıları bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar.
“Bu verilişlərin 45 dəqiqəsi saat 17:30 – 23:00 arasında olmaqla saat 08:00 – 23:00 arasında yayımlanır və verilişlərinin surəti növbəti ayın 10-dək Milli Televiziya və Radio Şurasına təhvil verilir. Düzdür, müəyyən çatışmazlıqlar olsa da, ümumilikdə qənaətbəxş hesab etmək olar”, – Aparat rəhbəri qeyd edib

Həmçinin oxuyun

AzTV-dəki Bədii Şura üzvləri hərəkətə keçdi – TV-lərdəki vəziyyətlə bağlı

Bu gün Azərbaycan teleməkanında olan vəziyyət hər birimizi narahat edir və etməlidir.Oxu.Az xəbər verir ki, bunu …