Ana səhifə / Media / MTRŞ Manaf Ağayevə görə ATV-yə xəbərdarlıq etdi

MTRŞ Manaf Ağayevə görə ATV-yə xəbərdarlıq etdi

MTRŞ Manaf Ağayevə görə ATV-yə xəbərdarlıq edib. Bu barədə APA məlumat yayıb. Məlumatda bildirilir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib. MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalın rəhbəri ilə müzakirə aparıb: “Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”.

Həmçinin adı çəkilən telekanalın rəhbəri verilişi yayımlayan prodakşının sahibi ilə ciddi profilaktik söhbət aparıb. Bu barədə isə TV telekanalının icraçı direktoru İsmayıl Həsənov axşam.az saytına açıqlamasında deyib.

Manaf Ağayev qadınlar ile ilgili görsel sonucu

Qeyd edək ki, bir neçə gün öncə “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib. M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb. Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil”, – deyə, aparıcıya cavab verib.

Müğənninin bu ifadələri həm mətbuatda, həm də sosial şəbəkələrdə qəzəblə qarşılanıb, tənqid olunub.

Elza Seyidcahan ile ilgili görsel sonucu

Əməkdar artist , bəstəkar-müğənni Elza Seyidcahan həmkarının davranışı ilə bağlı “Yeni Müsavat”a danışaraq, öz münasibətini bildirdi: “Manaf Ağayev efirdə olduğu kimi danışmır. Bir müddət bundan əvvəl mən onun evində olmuşam. Xanımı ilə birgə gözəl süfrə açmışdılar. O, xanımı ilə o qədər gözəl, nəzakətlə davranırdı ki. Onun çox gözəl, ideal ailəsi var. Niyə efirdə özünü olduğu kimi göstərmir? Hamıya məlumdur ki, Manaf Ağayev özünə hörmət qazanmış müğənnidir. Bildiyiniz kimi bu günlərdə ”Bizə sənət yox, çörək lazımdır” demişdi. Bu sözləri sənət qarşı şiddət idi. Bir neçə gün öncə dediyi isə qadına qarşı şiddətdir. Amma halbuki qadın başı kəsmək onun nə xasiyyətində, nə də əməlində var. İnanıram ki, o, bu sözləri səhvən deyib, başa düşməyib. İstərdim ki, dediklərini təkzib etsin. Çünki efirdən bizlərə gənclər, uşaqlar var. Manaf Ağayev sözlərinə görə sənətçilərdən və qadınlardan üzr istəməlidir. Amma bir daha qeyd edirəm ki, Manaf Ağayev həyatda çox mehriban, xeyirxah, dostcanlı, dostlarının dar günündə əl uzadan, ailəcanlı insandır. Onun bu cür ifadələr işlətməsinə inanmıram”.

Tural Yusifov ile ilgili görsel sonucu

“Avtostop” proqramının aparıcısı Tural Yusifov də sosial şəbəkədə məsələyə bu cür münasibət bildirib: “Başını kəsərəm, öldürmək nədir?”. Nə redaktor (əgər varsa), nə prodüser (yox kimi bir şeydir), daha sonra montajçı, kanal rəhbərliyi belə, buna reaksiya verməyib. Qadına şiddətin şiddəti yüksək olan ölkədə TV-də açıq təbliğat gedir və susublar… Bir müddət sonra məzlumun birini öldürəcəklər, eyni telekanalda bu cinayətdən danışılacaq, göz yaşı töküləcək və artistlik ediləcək. Dəlisiniz? Bir insan olaraq fayda vermək əvəzinə, bu nə işdir məşğulsunuz? Nədir bu söhbətin mənası? Verilişin dramaturgiyasının tələbidir? Siz kimə nə örnək olursuz? Faydanız nədir? Nə öyrətdiniz? Efirin məsuliyyətini anlayırsız?” (Yeni Müsavat)

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …