Ana səhifə / Media / MTRŞ-dan erotik filmlə bağlı açıqlama: Qanun pozuntusu sayılmır

MTRŞ-dan erotik filmlə bağlı açıqlama: Qanun pozuntusu sayılmır

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Dünya” televiziyasının efirində yayımlanan “Diribaş” filmindəki erotik səhnələrə aydınlıq gətirib.

Qurumdan bildirilib ki, tamaşaçılardan biri sentyabrın 16-da axşam saat 23:55-də “Dünya” televiziyasında yayımlanan “Diribaş” bədii filmində erotik səhnələrin yer alması barədə şikayət ünvanlayıb.

“Bu hal “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə (“16+”yaş kateqoriyasına aid informasiya məhsulları – erotik məzmunlu informasiyanın yayımı yerli vaxtla saat 7-dən saat 21-dək məhdudlaşdırılır) uyğun şəkildə yayımlandığından qanun pozuntusu hesab edilmir”, – deyə məlumatda qeyd edilib.

Həmçinin oxuyun

“İzvestiya” nəşri Hadrutdan reportaj hazırlayıb

Qarabağ müharibəsində Hadrut qəsəbəsi uğrunda döyüşlərdə məğlubiyyət Ermənistanda xüsusi rezonans doğurmuşdu. Hakimiyyət bunu erməni xalqından …