Ana səhifə / Media / MTN generalına yaxın Saatlı DSMF müdiri haqda şok – İddialar

MTN generalına yaxın Saatlı DSMF müdiri haqda şok – İddialar

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbə müdiri Hafiz Miriyevlə sektor müdiri Səfər Rəhimovla əməllərini davam etdirir.

Tərəfdar.Az-a verilən xəbərə görə, Saatlı şöbəsində pensiya almaq istəyənlər üçün bazar açılıb. Hətta pensiya yaşının artırılması ilə bağlı saxtakarlığa hazırlıq gedir.
Belə ki, rüşvət müqabilində yaş məsələsini ört-basdır etmək planları qurulub. Ancaq buna qədər H.Miriyev S.Rəhimovla pensiya bazarlığından dala qalmırlar.
Deyilənə görə, Səfər Rəhimov saxta pensiya düzəltmək və ya bu yolla məbləğin artırılması sahəsində əsas aparıcı fiqur olaraq tanınır.
Qanunla uzun müddət işləyən vətəndaşların bir qismi yaşa görə yox, işinin ağırlığına görə daha tez pensiyaya çıxmaq hüququna malikdir.
Lakin həmin şəxslərin əksəriyyəti qanunları yaxşı bilmədiklərindən müraciət edikləri vaxt müdir və müavini tərəfindən maraqlı təklif alırlar.
Vətəndaş iki ayda 3 il geriyə pensiya almağa başlayır və ayrılmış pul 3 il üçün hesablanaraq onun hesabına köçürülür. Əvəzində isə həmin vətəndaşın hesabına köçürülmüş pulun 70 faizini istəyirlər.

Tərəfdar.Az xəbər verir ki, DSMF şöbə müdirinin MTN generalı Əlimusa Nağıyevlə əlaqələrinin olması, hətta himayə etməsi barədə iddialar da postunda qalması ehtimalını təhlükəyə atıb.
Hafiz Miriyevin təqaüdü artırmaq üçün vətəndaşlardan 1500-2000 manat arası, əmək fəaliyyətini bir neçə il artırmaq üçün isə, alınacaq pulun 70 faizini istədiyi iddia olunur.
Hafiz Miriyev uzun illər müxtəlif müəssisələrdə çalışmış insanlar təqaüdə çıxarkən onların sənədlərində müxtəlif nöqsanlar axtarır, bəhanələr gətirir və bu zaman qarşı tərəfdən nələrsə umur.
Şöbə müdiri təqaüd almaq istəyən vətəndaşlara müxtəlif təkliflər edir. Həmin təkliflər isə müəyyən pul qarşılığında həyata keçirilir.
Miriyev DSMF-də deyil, ondan kənarda da birgə biznesə sahibdir. Məsələn, Hafiz Miriyevin Saatlı rayonunda 100 hektara yaxın torpaq sahəsi var. Ki, orada müdirin heyvandarlıq təsərrüfatı mövcuddur.
Paralel olaraq bir neçə hektar ərazidə isə balıqçılıq vətəgələri fəaliyyət göstərir. Həmçinin Miriyevin Rəhimovun Bakı şəhərində bir neçə çoxotaqlı mənzilləri, xarici avtomobilləri və Saatlı rayonunda çay evləri də var. Qarşı tərəfi dinləəyə hazırıq.

Tərəfdar.az araşdırma qrupu

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın