Ana səhifə / Media / MTK RƏHBƏRİ JURNALİSTƏ RÜŞVƏT TƏKLİF ETDİ – “Camaatın dərdi sənə qalıb?” + VİDEO

MTK RƏHBƏRİ JURNALİSTƏ RÜŞVƏT TƏKLİF ETDİ – “Camaatın dərdi sənə qalıb?” + VİDEO

“Space” Tv-nin “Olar? Olmaz!” verilişində maraqlı hadisə baş verib.Minval.info xəbər verir ki, Amil Xəlil insanların şikayəti əsasında MTK rəhbərlərindən biri ilə görüşüb. Aparıcının xahişi və təkidi ilə rəhbər, şikayətçi sakinlərlə görüşə gəlməyə razı olub. Sakinlərlə görüşən MTK rəhbəri ilə şikayətçilər arasında ciddi münaqişə yaranıb.
Söz-söhbəti dinləyən rəhbər şəxs hadisə yerindən uzaqlaşıb. Daha sonra görüntülərdən də göründüyü kimi, aparıcı MTK-nın rəhbərlərindən biri olan Mehman adlı şəxslə görüşür. Bu zaman MTK rəhbəri teleaparıcıya rüşvət təklif edir. Aparıcı “Mən belə şeylərə getmirəm, qardaş” deyərək məkanı tərk edir.

Xatırladaq ki, bu verilişdə tez-tez sahibkarların rüşvət təklifinin əyani görüntüləri tamaşaçılara təqdim edilir. Verilişin sonunda bu görüntüləri şərh edən aparıcı rüşvət təklif edilən digər görüntüləri də yayımlayıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …