Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Moskva qəlyanxanalarının birində rəqqasə Elnarənin başına gələnlər…

Moskva qəlyanxanalarının birində rəqqasə Elnarənin başına gələnlər…

Rusiya mətbuatı xəbər verir ki, Moskvada yaşayan 21 yaşlı Elnarə “VKontakte” sosial şəbəkəsində Dmitri adlı gənclə tanış olub. Virtual tanışlıq isə sonda bu cür xoşagəlməz hadisəyə gətirib çıxarıb. Yazışma zamanı Dmitri qıza özünü qəlyanxana sahibi kimi təqdim edib. Elnarə isə rəqqasə olduğunu, Şərq rəqsləri ifa edə bildiyini, maddi cəhətdən sıxıntı keçirdiyini deyib. Gənclər axşam saatlarında qəlyanxanada görüş təyin ediblər.

Sözügedən qəlyanxana Moskvanın Levinka küçəsindəki binalardan birinin aşağı mərtəbəsində yerləşir. Görüş yerinə Dmitri tək deyil, bir nəfər dostu ilə gəlir.

Elnarə qəlyanxana “sahibi”nin və dostunun qarşısında rəsq edir. Rəqs bitdikdən sonra gənclər qızın üstünə hücum çəkərək onu zorlayırlar. Daha sonra isə küçəyə qovurlar. Zərərçəkmiş hadisə ilə bağlı polisə məlumat verir. Hadisə yerinə gələn polis əməkdaşları orada Elnarədən başqa heç kimi tapa bilmir.

Araşdırmalar zamanı məlum olub ki, qəlyanxananın əsl sahibi üç ay olar ki, iaşə müəssisəni işlətmir. 21 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən gənclərin qəlyanxananın açılışı ilə bağlı hazırlıq işləri apardıqları və bu üzdən obyektin açarının onlarda olması ehtimal edilir.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. (Virtualaz.org)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın