Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Mirşahinin kanalında kimlər var? – Açıqlama

Mirşahinin kanalında kimlər var? – Açıqlama

Tezliklə Real TV-nin efirində ANS-çilərdən mən, Ləman Ələşrəfqızı, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Ayşəm Rüstəmova, Vüsalə Xammədqızı, Xatirə Məmmədova, Natiq Nailəoğlu, Orxan Məmmədli, Ziya Babayev, Mehman Rəsulovu görəcəksiniz.

Bu sözləri Kult.az-a keçmiş ANS TV-nin aparıcısı, tanınmış telejurnalist Afət Telmanqızı Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV ilə bağlı açıqlama verərkən deyib.

A.Telmanqızı bildirib ki, tezliklə operativ xəbər və araşdırma mövzuları ilə tamaşaçıların qarşısında olacaqlar:

“Tanınan simaları yenidən görüb eşidəcəksiniz. Mirşahin Ağayevin rəhbərliyi ilə peşəkarlardan ibarət komanda xəbər xidməti ilə görüşünüzə gələcək”.

Digər kanallarda çalışan keçmiş ANS-çilərin Real TV-də çalışıb-çalışmayacağı isə məlum deyil. A.Telmanqızı bildirib ki, bu barədə məlumatlı deyil.

“Mən yalnız komandada olanlarla bağlı deyə bilərəm”.

Qeyd edək ki, Milli Teleradio Şurası, tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Telekanalın tezliklə fəaliyyətə başlayacağı gözlənilir.

Televiziyanın 5 mərtəbəli ofisi Əhməd Rəcəbli küçəsində yerləşir.

Real TV Azerspace tezlikdə 1135 Polarization Horizontal Symbol Rate 27500 yayımlanacaq.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …