Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Media / Mirşahin Məkkəyə getdi – Fotolar

Mirşahin Məkkəyə getdi – Fotolar

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfərə gedib. 

“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində şeyx hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nüməyəndə heyəti Məkkə şəhərində Kəbə evinin örtüyünün hazırlandığı sexə baş çəkib və bu nəfis örtüyün hazırlanmasında iştirak edib.

Kral Əbdüləziz adına istehsal sexinə baş çəkən zaman şeyx Allahşükür Paşazadəni yerli rəsmilərdən kral sarayının müşaviri, Səudiyyə Ərəbistanın “Böyük Alimlər Şurası”nın üzvü şeyx Səd Nasir əş-Şisri müşayiət edib.

Kəbə evinin örtüyünün hazırlandığı sexin rəhbərliyi QMİ sədri şeyx Allahşükür Paşazadəni qarşılayan zaman, istehsal müəssisəinin işi, Kəbə evi pərdəsinin hazırlanması, onun tərkib hissələri, müəssisədə yerləşdirilən yeni toxuculuq texnologiyaları barədə məlumatlandırıb.

Ziyarət zamanı QMİ sədrinə Kəbə evinin örtüyünün bir parçası hədiyyə edilib.

QMİ sədri şeyx Allahşükür Paşazadə də öz növbəsində Məkkə və Mədinənin müqəddəs hərəmlərində görülən işlərə görə Səudiyyə Ərəbistanın aidiyyatı qurumlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, şeyx hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nüməyəndə heyəti arasında onun deputat qardaşı Cavanşir Paşazadə, QMİ-nin sədri müavini Hacı Salman Musayev, tanınmış telejurnalist Mir Şahin Ağayev və digər şəxslər də iştirak edir. 

Həmçinin oxuyun

Sosial şəbəkələri necə tənzimləməli – pasportla girək, yoxsa? – ŞƏRH

Azərbaycanda ayrı-ayrı deputatlar sosial medianın fəaliyyətini buxovlamaq üçün elə absurd, ağılasığmaz ideyalar, təşəbbüslər irəli sürürlər …