Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Minlərlə məzun 200 bal həddini aşa bilmədi

Minlərlə məzun 200 bal həddini aşa bilmədi

Cəmi 10 nəfər 600-700 bal toplayıb

Mayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-a bildirilib ki, ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilən imtahanların nəticələrinə əsasən, abituriyentlərdən 10 nəfəri 600-700 bal (0,08%), 32 nəfəri 500-599 bal (0,27%), 98 nəfəri 400-499 bal (0,83%), 368 nəfəri 300-399 bal (3,11%), 1109 nəfəri 200-299 bal (9,37%), 10214 nəfəri isə 0-199 bal (86,33%) arası nəticə göstərib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın