Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Media / MİNGƏÇEVİRDƏKİ YANĞINDAN İLK FOTOLAR – Rusiya mətbuatı yaydı…

MİNGƏÇEVİRDƏKİ YANĞINDAN İLK FOTOLAR – Rusiya mətbuatı yaydı…

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də baş verən qəza Rusiya mətbuatının da diqqətini cəlb edib.

“AzPolitika.info” bildirir ki, hadisə barədə xəbər verən əksər mətbu orqanlar Azərbaycan rəsmilərinin və internet resurslarının yaydığı məlumatlara istinad ediblər. Məsələn, məşhur “Russia Today” hadisə ilə bağlı “Bakı və Azərbaycanın böyük hissəsi işıqsız qaldı” başlığı ilə məlumat yayıb. Məlumatda deyilir ki, qəzanın səbəbi havaların anomal isti keçməsi və artıq yüklənmə olub. Xüsusi qeyd olunur ki, həyati vacib obyektlər və xəstəxanalar hər hansı zərər görməyiblər.

Maraqlı məqam isə odur ki, sözügedən mətbu orqan bizim saytlardan daha əvvəl Mingəçevirdə baş verən partlayışın fotolarını yayıb.

“Russia Today”lə yanaşı, “Lenta.ru”, “Ria Novosti” və digər portallar da hadisəyə geniş yer ayırıblar.

Həmçinin oxuyun

Uğur devizi “Xəbər bizim işimizdir” olan agentlik – APA 15 yaşında

“APA xəbər verir ki…” 15 ildir qəzet və saytların əsas xəbərlərinin ilk cümləsi belə başlayır. …