Ana səhifə / Media / Millət vəkili: “Sosial islahatlar davam edəcək”

Millət vəkili: “Sosial islahatlar davam edəcək”

Prezident İlham Əliyev Azərbaycanda aztəminatlı insanların sosial müdafiəsini gücləndirmək məqsədilə daim lazımi addımlar atır.
 Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev dövlət başçısının 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Prezident təqaüdünün və qaçqın və məcburi köçkünlərə verilən yemək xərci üçün aylıq müavinətin artırılması ilə bağlı fərmanlarına münasibət bildirərkən deyib.
 M.Quliyev bildirib ki, bu fərmanlar onu göstərir ki, Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin proritet istiqamətlərindən biridir:
 “Eyni zamanda düşünürəm ki, biz gələcəkdə də bu addımların davamını görəcəyik və Azərbaycan vətəndaşları, xüsusilə aztəminatlı insanlar Azərbaycan dövlətinin qayğısı ilə tam əhatə olunacaq. Cənab Prezident dəfələrlə söyləyib, Nazirlər Kabinetinin sonuncu iclasında da söylədi ki, büdcənin məhdudlaşmasına, neft gəlirlərinin azalmasına baxmayaraq heç bir sosial proqram azalmayacaq, məhdudlaşmayacaq və hamısı yerinə yetiriləcək”.
 M.Quliyev əlavə edib ki, un və un məhsulları üzərindən əlavə dəyər verigisinin götürülməsi, biznesin inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar imkan verəcək ki, Azərbaycan vətəndaşları manatın məzənnəsinin dəyişməsindən irəli gələn çətinlikləri ciddi şəkildə hiss etməsinlər.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın