Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Media / “Meyxana və repi ciddi sənət hesab etmirəm…” -Rəşad Məcid məşhur videosundan danışdı…

“Meyxana və repi ciddi sənət hesab etmirəm…” -Rəşad Məcid məşhur videosundan danışdı…

Azərbaycan Yazıçlar Birliyinin Gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcidin metroda repçi qızların əhatəsindəki videosu sosial şəbəkədə maraqlı müzakirələrə səbəb olub. Bir çoxları R.Məcidin təsadüfən metroda belə bir səhnəylə rastlaşdığını yazıblar. 

Moderator.az-ın əməkdaşı R.Məcidlə əlaqə saxlayıb və o, bunun  bir veriliş olduğunu bildirib:
“Bu İctimai Televiziyanın yeni bir layihəsidir və “Yeraltı” veriliş adlanır. O verilişi çəkməyə təzə başlayıblar və məndən öncə də ora aktyor Bəhram Bağırzadəni çəkiblər. Bir həftə bundan öncə həmin verilişə dəvət aldım və gecə saat 22:30-dan “İçərişəhər” metrosundan çəkilişlərimiz başladı. Biz eskalatorda da, metroda da söhbət edirdik. Veriliş rep, meyxana və cəmiyyətin bəyənmədiyi digər sənətlər haqqındadır. Yəni bu yeraltı sənət barədə orda söhbətlər olur. Orda reper qız, ADO teatrının aktyorları və daha bir meyxanaçı iştirak edirdi. Bir saat yarım metroda insanların gözü qarşısında verliş oldu və bu sənətlər barədə fikirlərimi öyrəndilər. 
“”Nizami” metrosunda veriliş bitdi və öz gənclik illərimi xatırladım, nostalji hisslər keçirdim. Veriliş mənim üçün də maraqlı gəldi və inamırdım ki, insanların içində bunu belə yüksək səviyyədə təşkil etmək olar. İnsanlar isə bizə təəccüblə baxırdılar. Bir az da mən meyxana və repin mahiyyəti barədə danışdım və dedim ki, bunları ciddi sənət hesab etmirəm, amma qadağa qoymağın da tərəfdarı deyiləm. Yəqin ki, bu yaxında veriliş efirdə gedəcək. Mənim üçün verilişin rep olan hissəsinin bu qədər maraqlı müzakirələrə səbəb olması gözlənilməz oldu”.  

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …