Ana səhifə / Media / Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq

Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq

Məlumdur ki, metro şəhərlilərin həyatında əvəzsiz nəqliyyat vasitəsinə çevrilib. Artıq bir çoxları fərdi minik vasitələrindən imtina edir, gündəlik yaranan tıxaclardan canlarını qurtarmaq, vaxta qənaət etmək üçün metroya enir. Ona görə də hazırda metrodan istifadə edən sərnişinlərin sayı çoxdur.

Digər tərəfdən yay fəsli olduğu üçün isti havalar yeraltı dünyaya da təsir edib. Bu səbəbdən metronu hamama bənzədənlər, bundan şikayət edənlər az deyil.

Üstəlik sərnişin sıxlığı da bu işin duzu-bibəri olur. Düzdür, kondisionerli metro qatarlarının fəaliyyət göstərdiyini bilirik. Amma bu cür qatarlara minmək necə deyərlər, hər kəsə nəsib olmur. Qatarlardan hansısa biri bəxtinə düşə, ya düşməyə…

Bu baxımdan maraqlıdır, yeni kondisionerli metro qatarlarının gətirilməsi gözlənilirmi?

“Bakı Metropoliteni” QSC-ninn mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında bildirib ki, hazırda 3 kondisionerli qatar mövcuddur. Onun sözlərinə görə hələki yeni qatarların gətirilmə ehtimalı yoxdur:

“Kondisionerli qatarların gətirilməsini hələki planlaşdırmırıq. Hazırda kifayət qədər qatarımız var. Bu qatarlar istifadə müddətini başa vurandan sonra gələcəkdə onların yerinə yenilər alına bilər”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın