Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Metro istifadəçilərinin nəzərinə: cərimələr artırılır

Metro istifadəçilərinin nəzərinə: cərimələr artırılır

Azərbaycanda metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır.

Trend xəbər verir ki, bu barədə məsələ yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

Məcəlləyə edilən dəyişikliyə əsasən, eskalatordan sürahinin üstünə əşya qoymağa görə cərimə hazırki İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan 15 manatdan 20 manata qədər artırılır.

Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə cərimə isə 10 manatdan 15 manata qaldırılır.

Yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın