Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Mehriban Əliyeva uşaq evində – Fotolar

Mehriban Əliyeva uşaq evində – Fotolar

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xətairayonundakı 3 nömrəli uşaq evində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olub, uşaq evinin sakinləri ilə görüşüb.

” Azinforum.az ” AzerTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva müəssisənin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bu uşaq evinin binası 1976-cı ildə 12 qrupluq körpələr evi – uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən 110 yerlik uşaq evi olaraq fəaliyyətini davam etdirib.

Azərbaycanın birinci xanımı uşaq müəssisəsində yaradılan şəraitlə tanış olub. Müəssisədə kimsəsiz və valideyn himayəsindən məhrum olan 107 uşaq yaşayıb tərbiyə alır. Uşaq evinin 3 yaşdan 18 yaşadək sakinlərinin təlim-tərbiyəsi ilə 44 nəfər pedaqoji, texniki və tibb işçisi məşğul olur. Burada rəqs, vokal, evdarlıq, xalçaçılıq, rəsm dərnəkləri fəaliyyət göstərir.

Otaqları gəzən Mehriban Əliyeva uşaq evinin sakinləri ilə söhbət edib, onların qayğıları və arzuları ilə maraqlanıb.

Müasir üslubda təmir və bərpa olunan uşaq evi zəruri mebel – inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, internet və yanğın xəbərverici sistemləri yaradılıb. Azərbaycan Prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası çərçivəsində, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın dəstəyi ilə 2014-cü ilin iyul ayında başlanan əsaslı təmir-tikinti və bərpa işləri 2016-cı ildə başa çatıb.

Müəssisənin zəngin kitabxanası da var. Azərbaycanın birinci xanımı uşaqlar arasında kitab oxumağı təbliğ etməyin vacibliyini bildirib.

Əsaslı təmir zamanı əlavə yeməkxana, gimnastika, idman və akt zalları, valideynlərlə görüş otağı inşa edilib. Təmirdən sonra uşaq evinin binasının sahəsi 590 kvadratmetr artaraq 2126 kvadratmetr təşkil edir.

Həmişə olduğu kimi, bu dəfə də uşaq evinin sakinləri Mehriban Əliyevanın əhatəsinə toplaşıblar,  Azərbaycanın birinci xanımına bacarıqlarını nümayiş etdiriblər, şeir söyləyib, birgə foto çəkdiriblər.

Uşaq evində yaradılan şəraitdən razı qalan Mehriban Əliyeva müəssisənin kollektivinə uğurlar arzulayıb.

Mehriban Əliyeva uşaq evində -  Fotolar
Mehriban Əliyeva uşaq evində -  Fotolar
Mehriban Əliyeva uşaq evində -  Fotolar
Mehriban Əliyeva uşaq evində -  Fotolar
Mehriban Əliyeva uşaq evində -  Fotolar

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın