Cümə , Oktyabr 18 2019
Ana səhifə / Media / Mehman Hüseynov qısamüddətli azadlığa buraxıla bilər

Mehman Hüseynov qısamüddətli azadlığa buraxıla bilər

Həbsdə olan bloger Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.Bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib. Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub. “Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır”.

Blogerin vəkili Fuad Ağayev deyib ki, “anasının səhhətində ciddi problemlər olduğu var və Mehmanın buna görə qısa müddətli azadlığa buraxılması” üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub.
Fuad Ağayev əlavə edib ki, “Qısa müddət deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub”. Onun sözlərinə görə, hələ də rəsmi qurumlardan müraciətlərinə cavab almayıblar.
Vəkil bildirib ki, bloqçunun anasının xəstəliyini təsdiq edən sənədlər də rəsmi qurumlara təqdim olunub.
Ədliyyə Nazirliyi Penitensiar xidmətdən isə bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır. Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, “müraciətə baxılıb qanunvericiliyə uyğun cavab ona veriləcək”

Həmçinin oxuyun

Televiziya nazirliyi sərt tənqid etdi: “Özləri rahat kresloda oturub…” – Video

Qubada fəaliyyət göstərən regional televiziya olan Qafqaz TV Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini sərt …