Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Media / Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib

Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi (ADİİM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihəsinin son tədbirini keçirib.

Avrasiya İnformasiya Agentliyinin redaksiyasında baş tutan tədbirdə media nümayəndələri iştirak edib.

Tədbiri açan QHT rəhbəri Cavid Şahverdiyev öncə layihə haqqında qısa məlumat verərərk bildirib ki, əsas məqsəd uşaqlara onların hüquqları barədə məlumat vermək, konstitusiyada onlara verilən hüquqlardan istifadə qaydalarını öyrətməkdir.

ADİİM sədri bildirib ki, Siyəzən və Xaçmaz rayonlarında məktəblilər və uşaq bağçalarında tərbiyə alan uşaqların, valideynlərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 4 tədbir keçirilib. Bu tədbir isə mediada uşaq hüquqlarının qorunması ilə bağlıdır.

C.Şahverdiyev qeyd edib ki, dövlətin qayğısı ilə əhatələnən uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin həlli medianın da diqqətindədir. Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir. Son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur.
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib
Uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin işidir. Nə yazıqlar ki, uşaqların hüquqlarının pozulması ilk növbədə ailədən başlanır. Sonrakı mərhələlərdə isə uşaq hüquqlarının pozulması daha geniş forma alır: “Mediada da uşaqlara hüquqları aşılanmalı, müxtəlif hüquqşünas, psixoloqlara bu mövzu ilə bağlı geniş tribuna verilməli, qarşıya çıxan problemlərin həlli yolları axtarılmalıdır. Etiraf edək ki, bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə açıq, aşkar efirdə göstərilir, yazılır və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımı işlər görülməlidir. Media daha çox bu mövzuya üstünlük verir, amma əsas məqsəd hüququnu, vəzifəsini, üzərinə düşən məsuliyyəti dərk edən bir vətəndaş yetişdirilməlidir. Digər bir tərəfdən son zamanlar mətbuat uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Uşaqların hüquqlarından yalnız hansısa əlamətdar günlərdə və ya layihələrin təqdimatı zamanı danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır”.

Çıxış edən media nümayəndələri qeyd ediblər ki, bütün jurnalistlər, media peşəkarları peşə standartlarını, etik prinsipləri qorumaq, işlərində tətbiq etmək öhdəliyi daşıyırlar. Xəbər yayımı prosesində Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanın tələblərinə əməl edilməsi də bu sıradandır.
Mediada uşaq hüquqlarının qorunması mövzusu müzakirə edilib

Azinforum.az

Həmçinin oxuyun

Əflatun Amaşov: “Azərbaycan mətbuatının patriarxını itirdik”

“Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.Mia.az xəbər verir ki, bunu jurnalistlərə …