Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Media / “Media patronları gəlirin böyük bir qismini özünə götürür“ – Turan İbrahimov

“Media patronları gəlirin böyük bir qismini özünə götürür“ – Turan İbrahimov

Azərbaycanda müxtəlif vəzifələrə təyinat alan jurnalistlərin sayı xeyli artıb. Çox sayda qələm adamı jurnalist vəsiqəsini, məmur kimliyi ilə dəyişib.

Buna səbəb nədir, jurnalistlər niyə məmur olmağa can atırlar? 

Yenisabah.az-a açıqlamasında teleaparıcı Turan İbrahimov deyib ki, Azərbaycanda bu məsələ həddindən artıq qabarıqdır:

“Jurnalistika fəaliyyətinin müəyyən mərhələsindən sonra jurnalistin istər dövlət, istərsə də özəl sektorda işə keçməsi normaldır. Dünya praktikasında da bu var, lakin Azərbaycanda bu məsələ həddindən artıq qabarıqdır. Azərbaycanda jurnalistikaya gələnlərin hamısı birmənalı şəkildə müəyyən mərhələdən sonra başa düşür ki, jurnalistika sahəsində çalışaraq arzuladıqları ləyaqətli həyatı qura bilməyəcəklər. Çünki maaşları aşağı səviyyədədir.

Tanınmış jurnalist və ya ictimai rəydə söz sahibi olan şəxsin ən çox qazanacağı məbləğ 1000-1500 manatdır. Bununla da həyatda bir şeylər əldə etmək mümkün deyil. Buna görə də, özünə digər sahələrdə iş axtarır”.

T.İbrahimov əlavə edib:

“Azərbaycandakı media sisteminin hansı formada qurulduğunu çox gözəl bilirik. Media patronları gəlirin böyük bir qismini özünə götürür. Əslində, bunu qüsur saymaq olmaz. Əgər kommersiya fəaliyyətindən, özəl media orqanlarından danışırıqsa, gəlirin bölünməsində də, söz sahibi olmasında da “patron”ların ilk sırada olması normaldır”.

Həmçinin oxuyun

“Yeni yol çəkiblər, təklif edirlər ki, bu yolda yalnız “Ferrari” sürmək olar”

“Aztelekom” və “Baktelecom”un yeni qiymət siyasəti: yeni yol çəkiblər, amma təklif edirlər ki, bu yolda …