Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / MEDİA-nın Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirilib

MEDİA-nın Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirilib

“Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirilib. Agentliyin İcraçı direktorunun müavinlərinin sayı isə 2-dən 1-ə endirilib.

Agentliyə qurumun strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi ilə bağlı yeni səlahiyyət verilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …