Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Media Klub” yaradılıb – FOTO

“Media Klub” yaradılıb – FOTO

Aprelin 19-da ölkənin müstəqil media ictimaiyyətinin bir qrup nümayəndəsi “Media Klub”un yaradıldığını elan edib. Klubun məqsədi kimi ölkənin müstəqil, sağlam informasiya məkanının formalaşdırılmasıdır.

“Media Klub”un yaradılması haqqında bəyanatı Arif Əliyev, Elçin Şıxlı, Elimdar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev, Zahir Əzəmətimzalayıblar.

Sənəddə qeyd edilir ki, media ictimaiyyətinin nümayəndələri Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpa olunmasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirlər.

“Media Klub”un yaradılması ideyası Azərbaycan informasiya məkanının üzləşdiyi, ənənəvi KİV-in böhranı və sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi cəhdləri ilə səciyyələnən çağırışlarla şərtlənib.

010203

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …