Şənbə , Dekabr 10 2022
Ana səhifə / Media / “Media cəmiyyətdə rəğbət qazanmalıdır, smm konstruksiya olmamalıdır”

“Media cəmiyyətdə rəğbət qazanmalıdır, smm konstruksiya olmamalıdır”

“Medianın İnkişafı Agentliyi jurnalistlərin ixtisaslaşması, konkret mövzularda peşəkarlığın artırılması istiqamətində sistemli şəkildə fəaliyyət göstərir. Son iki ildə Agentlik ADA Universitetilə birgə xeyli sayda təlimlər keçirib, hazırda da davam etməkdədir. MEDİA yalnız informasiya hazırlayan jurnalistlər üçün deyil, informasiyanın mənbəyi funksiyasında çıxış edən dövlət və özəl qurumların piar-menecerləri üçün də təlimlər təşkil edir. Təlimləri ADA Universitetinin və xaricdən dəvət edilən ekspertlər keçirlər”

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli AzTV-nin “45 dəqiqə” verilişində bildirib.

N.Məmmədli qeyd edib ki, indiyədək media savadlılığı ilə bağlı müxtəlif fikirlər səslənib, “Media haqqında” qanunda “media  savadlılığı”na anlayış verilib: “Qanunda qeyd olunub ki, bu, kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Medianın İnkişafı Agentliyi media savadlılığı ilə bağlı beynəlxalq təcrübəni öyrənərək böyük bir tədqiqat işini yekunlaşdırıb. Media savadlılığına məktəblərdən başlamalıyıq, bu, dezinformasiyanın qarşısında duruş gətirmək üçündür. Ciddi media vətəndaşın cəmiyyətdə öz funksiyasını yerinə yetirməsi üçün ona lazım olan informasiyanı verən mediadır. Media başlıqla simulyasiya edə bilər. Bunu xəbərin oxunması üçün edirlər. Avropa Məhkəməsinin belə bir presedent hüququ da var. Amma biz ciddi mediadan danışırıq… Media cəmiyyətdə rəğbət qazanmalıdır, smm konstruksiya olmamalıdır. Çox təəssüflər olsun ki, media mühitində smm konstruksiya funksiyasını yerinə yetirən xeyli sayda sayt var. Ona görə “qurunun oduna yaş da yanır”. Ciddi media ilə işləmək lazımdır ki, səsiniz cəmiyyətə çatsın”.

Həmçinin oxuyun

Şamaxıda tutan Ərdəbil radiosu – İranın məkrli təbliğatını necə əngəlləyək…

Sirr deyil ki, İran rejimi uzun illər ərzində din pərdəsi altında xain məqsədləri üçün Azərbaycanda …