Bazar , Fevral 25 2024
Ana səhifə / Media / Media azadlığı: Azərbaycan 180 ölkə arasında neçəncidir?

Media azadlığı: Azərbaycan 180 ölkə arasında neçəncidir?

“Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı 2017-cı il üzrə media azadlığı hesabatı yayıb. Novator.az-ın məlumatına görə, 180 ölkənin daxil olduğu hesabatda Azərbaycan media azadlığı sarıdan 162-ci yerdə qərar tutur.

Keçmiş SSRİ məkanından Estoniya 12-ci, Latviya 28-ci, Litva 36-cı, Gürcüstan 64-cü, Ermənistan 79-cu, Moldova 80-ci, Qırğızıstan 89-cu, Ukrayna 102-ci, Rusiya 148-ci, Tacikistan 149-cu, Belarus 153-cü, Qazaxıstan 157-ci, Özbəkistan 169-cu, Türkmənistan 178-cidir.

Türkiyə media azadlığı reytinqində 155-ci, İran 165-ci yerdə göstərilir.

Mediası ən azad olan 10 ölkə bunlardır: Norveç, İsveç, Finlandiya, Danimarka, Niderland, Kosta Rika, İsveçrə, Yamayka, Belçika, İslandiya.

Reytinqin son pilləsi olan 180-ci yerdə Şimali Koreya dayanır.

Həmçinin oxuyun

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay artırıldı

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biri – Nərgiz Absalamova haqqında həbs …