Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Maştağada 6 saatdır ki, işıq yoxdur – Ağacların budanmasına görə

Maştağada 6 saatdır ki, işıq yoxdur – Ağacların budanmasına görə

Bu gün səhər saatlarından etibarən Maştağa qəsəbəsinin bir hissəsində işıqlar sönüb.

Bu barədə “Qafqazinfo”ya qəsəbənin M.Ə.Sabir küçəsinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, küçədə artıq 6 saatdan çoxdur ki, işıq yoxdur.

“Qafqazinfo” məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.

O bildirib ki, sözügedən ərazidə qış rejimindən yay rejiminə keçidlə əlaqədar yenidənqurma işləri aparılır:

“Ağacların budanması, təmizlənməsi həyata keçirilir ki, onlar işıq xətlərinə maneə törətməsinlər. Buna görə də əməkdaşlarımızın təhlükəsizliyi məqsədilə ərazidə işıqlar söndürülüb. Yaxın vaxtlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın