Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Maşınların parklama yerlərində kameralar quruldu

Maşınların parklama yerlərində kameralar quruldu

Bakıdakı 44 avtomobil parklama yerində nəzarət kameraları bərpa edilib. Bu barədə fins.az-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maafirləndirmə şəbəsinin müdiri Nuridə Allahyaraova məlumat verib.

Bildirib ki, nəzarət kameralarını Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində 12 nəfərlik işçi heyət növbəli iş rejimində müşahidə edir: “Gün ərzində işçi qrupun aşkarladığı qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir. Bununla əlaqədar olaraq, bir daha sürücülərə parklama zamanı daha diqqətli olmaları, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri tövsiyə edilir”.

Qeyd edək ki, paytaxtda nəqliyyat axınında sıxlığın yaranmasına səbəb olan ən başlıca amillərdən biri avtomobillərin düzgün park edilməməsidir. Qanunsuz parklama hallarının paytaxt yollarında tıxaclara səbəb olduğu hamıya məlumdur. Bir müddət əvvəl paytaxt küçələrində qanunsuz parklamanın qarşısını almaq üçün parkomat sisteminin tətbiqinə başlanıldı.

Müəyyən olunmuş ərazilərdə parklama üçün xüsusi parkomatlar quraşdırılmasına baxmayaraq hələ də qeyri-qanuni yerlərdə parklamalar müşahidə edilir. Bakı Nəqliyyat Agentliyinin monitorinqləri bu halların qarşısını almaq məqsədi daşıyır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın