Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Media / Maşını etibarnaməsiz də sürmək olacaq – VİDEO

Maşını etibarnaməsiz də sürmək olacaq – VİDEO

Heç kəsə sirr deyil ki, avtomobili yalnız sürməyə hüquq verən etibarnamə ilə bağlı bəzi məqamlarda mübahisələr yaranırdı. Yəni bu tip etibarnaməsi olan sürücü içəridə ola-ola avtomobili vəsiqəsi olan başqa şəxs idarə edirdisə, onda cərimələr tətbiq edilirdi.

“Xəzərxəbər” bildirir ki,artıq avtomobili etibarnamə ilə idarə edənlərlə bağlı yeni qaydalar hazırlanıb.

Daha dəqiq desək, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək. Yeni qaydaların mayın 1-də qüvvəyə minməsi gözlənilir.

Hazırkı Məcəllə nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda idarə edilməsinə icazə verir. Söhbət baş etibarnamədən yox, avtomobili yalnız sürmək üçün verilən etibarnamədən gedir

İndiki qaydalarla bu tip etibarnaməsi olan şəxs avtomobildə olsa belə, maşını başqasına idarə etməyə verəndə cərimələr tətbiq edilirdi. Etibarnaməsi olan yox, avtomobili idarə edən şəxs 40 manat miqdarında cərimələnirdi. Bu yanaşma mülki qanunvericiliyin mahiyyətinə ziddir və dəfələrlə bununla bağlı yol polisləri ilə sürücülər arasında mübahisə yaşanırdı. Yeni qaydalar bu problemlərə son qoya bilər.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın