Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Maşın qeydiyyatında cərimə tələbi qoyula bilməz – Sürücülərin diqqətinə

Maşın qeydiyyatında cərimə tələbi qoyula bilməz – Sürücülərin diqqətinə

Bəzi sürücülər deyirlər ki, avtomobili qeydiyyata və təkrar qeydiyyata aldıranda, texniki baxışdan keçirəndə Dövlət Yol Polisinin İmtahan-Qeydiyyat və Texniki Baxış şöbələrində cərimələrinin ödənilməsini tələb edirlər. Onlara bildirilir ki, yalnız bundan sonra hansısa proseduru həyata keçirmək olar. Bu isə sürücülərin narahatlığına səbəb olub.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, qanunvericilikdə bu məsələ ilə bağlı aydın şərh verilir. Kimsə sürücülərə qarşı belə tələb irəli sürə bilməz.

Görünən odur ki, sürücülərin əksəriyyəti bu haqda məlumatsız olduğundan qoyulan tələbə əməl edirlər.

Ekspert hesab edir ki, cərimələrin ödənilməsini yalnız tövsiyə etmək olar. Yəni sürücülərə avtomobilin cərimələrinin olmasını sürücülərə xatırlatmaq kifayətdir. Seçimi sürücülərin öz ixtiyarına vermək lazımdır

Qafqazinfo” xezerxeber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

 

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın