Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Masazır iki gündür susuz qalıb, “Azərsu”…

Masazır iki gündür susuz qalıb, “Azərsu”…

Abşeron rayonu, Masazır qəsəbəsinin sakinləri iki gündür su təchizatından məhrum olublar. Qafqaz Xəbər Agentliyinə müraciət edən sakinlər bildiriblər ki, onlara əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib və suyun kəsilməsinin səbəbi açıqlanmayıb. Sakinlər tamamilə içməli su ehtiyatından məhrum olduqlarını, evdə su tədarükü üçün marketlərə üz tutduqlarını qeyd edirlər. Biz “Azərsu”nun “Qaynar xətt”inə zəng etdik. Operator xanım (ad-soyadını bizə bildirmədi – red.) Oradan bildirdilər ki, Masazırda su xəttində təmir gedir.“Təmir əslində dünən yekunlaşmalı idi. Lakin material çatışmazlığından, dünən işləri başa çatdırmaq mümkün olmayıb. Bu gün təmir işlərini yekunlaşdırmaq nəzərdə tutulub”, – deyə “Azərsu” əməkdaşı bildirib.

Sözardı: “Azərsu” rəhbərliyindən xahiş edirik, növbəti dəfə hər hansı ərazidə təmir işləri apardıqda xarici ölkələrin təcrübəsindən istifadə etsin. Məsələn, KİV-lər vasitəsilə əhalini xəbərdar etmək mümkündür.

Qafqaznews.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın