Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Masallı icra başçısı möcüzəsi ilə Devid Koperfildi geridə qoydu

Masallı icra başçısı möcüzəsi ilə Devid Koperfildi geridə qoydu

Masallının icra başçısından «analoqu» olmayan addım: Rayondakı üçmərtəbəli Musiqi Məktəbini necə inşa ediblərsə, bir mərtəbəsi «yoxa çıxıb»
rrMasallı rayonunun icra başçısı Rafil Hüseynovun adı yaxın vaxtlarda «Ginnesin Rekordlar Kitabı»na düşə bilər. Hətta onu məşhur sehirbaz Devid Koperfildlə də müqayisə edə bilərlər. Çünki icra başçısının rayonda həyata keçirdiyi işlər sözün həqiqi mənasında sehirbazlıqla müqayisə oluna bilər.
Cumhuriyyet.az xəbər verir ki, Rafil Hüseynovun Koprefildlə müqayisə olunmasının səbəbi bir müddət əvvəl Masallıda inşa edilmiş Musiqi Məktəbinin vəziyyətdidir. Belə ki, sözügedən məktəb əvvəldən üçmərtəbəli olub. Elə hazırkı sənədlərdə də üç mərtəbəli bina olaraq qeydə alınıb. Amma…
Amma ondan ibarətdir ki, Masallı Musiqi Məktəbi tikintidən sonra iki mərtəbədən ibarət olub. Bir mərtəbənin hara yoxa çıxdığı isə məlum deyil. Daha dəqiq desək, bundan yalnız inşaat işlərində məsul olanlar və icra başçısı Rafil Hüseynovdan başqa kimsənin xəbəri yoxdur.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın