Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / Masallı DYP-sinin rəisi iləbağlı maraqlı iddialar…

Masallı DYP-sinin rəisi iləbağlı maraqlı iddialar…

Masallı Rayon DYP şöbənin rəisi Afət Mirzəyevlə bağlı ilginc məlumatlar daxil olub. Şobə rəisinin fəaliyyətində olan çeşidli problemlər və qüsurlarla bağlı dövrü mətbuatda lyazılar dərc olunsada neqativ hallar heç çür həllini tapmır. Bildirək ki, zamanında adı bilkgisayar oğurluğunda hallanan şöbə rəisi özünü bir təhər təmizə çıxartdı, hörmətli Nəriman müəllimin sayəsində. Nəriman müəllim Masallıdan Polis idarəsindən digər rayona göndərilməsi yeni rəisin adıçəkilən rayon gəlməsi Afət Mirzəyevin qara günlərinin başlanğıcı oldu. Vəzifəyə gələn gündən qadın olaylarında və rüşvət qalmaqallarında adı keçən sərişdəsiz şöbə rəisinin aktivinə bilgisayar oğurluğuda əlavə edildi, məhz yeni təyin olan Polis rəisində cənab Mirzəyevdən bütün olanlara cavab verməyini istəyir. Mirzəyev isə vəziyyətdən çıxış yolunu pulla dost tutduğu media rəhbərlərinə ondan danos verməkdə görür. Bldirək ki, yeni rəis işin bilən və bacarıqlı Polis zabitidir. Və buna görədə cənab nazir ona etimad göstərib.

Azerinews.tv-nin əməkdaşlarının əldə etdiyi məlumatda bildirilir ki, Afət mirzəyev Masallının yeni rəisinə gizli “müharibə” elan edib. Səbəb isə rəisin Mirzəyevlə işləyə bilməyəcəyini deməsidir. Buda Afət bəydə qəzəb yaradaraq ondan mediyaya informasia ötürməsilə nəticələnir. Əslində Avət Mirzəyev vəzifədə sivil yollarla da öz mövqeyini qoruya bilər. Amma görünür Mirzəyevin Masallıda işlədiyi vaxtlarda əxlaqa sığmayan, rüşvət hadisələrindən başqa heç bir uğurunun olmaması onun sonunu gətirir.

Məlumat üçün bildirək ki, polis əməkdaşı serjant Xaləddin Əsədullayev, vaxtı ilə Afət Mirzəyevlə əlbir olaraq Masallı Polis idarəsinə məxsus, dəyəri 550 manat olan 4 bilgisayarı mənimsəmişlər. Xaləddin Əsədullayev işdən qovularaq cəzalansada da Afət Mirzəyev hələdə vəzifə başındadı. Buda polis adına ən böyük ləkə sayıla bilir.

Redaksiyadan: Bildirək ki, polis orqanlarında çalışan hər bir qanun keşikçisi ləyaqətlə, vicdanla xidmət etməlidir. Azərbaycan polisi buna layiqdir. Ölkədə yaşanan əminamanlıq polislərimizin ayıq-sayıq olduğunu bir daha isbatlayır. Əfsüslər olsun ki, bəzi polis əməkdaşları etibardan sui istifadə edərək cəmiyyətdə mənfi rəy yaradır. Təbii ki, qanun qarşısında elə şəxslər layiqli cavablarını alır. Və inanırıq ki, Masallı DYP şöbəsinin rəisi etdiyi bütün insanlığa sığmayan əməllərə görə qanun qarşısında cavab verəcək. Azerinews.tv

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Prezident İlham Əliyev jurnalistləri belə təbrik etdi – FOTO

Prezident İlham Əliyev “Facebook” hesabında 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Azinforum.az xəbər …

Bir cavab yazın