Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Masallı da həyəcan içindədir: 3 kəndi su basdı, 50 ailə təxliyyə olundu

Masallı da həyəcan içindədir: 3 kəndi su basdı, 50 ailə təxliyyə olundu

Bir neçə gündür ki, cənub bölgəsinə yağan güclü yağışın fəsadları hələ də davam edir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bu gecə Masallının 3 kəndini su basıb. Təklə, Sığıncaq, Əhmədli kəndindən 50-yə yaxın ailə təxliyyə olunub.

Köçürülən ailələr hələlik qonşu kəndlərdə yerləşdirilib. Belə ki, Təklə və Sığıncaq kənd sakinləri Çaxırlıya, Əhmədlidən zərər çəkənlər isə Təzə Alvadıya köçürülüb. Sakinlərin sözlərinə görə, güclü yağış hələ də davam edir.

Qeyd edək ki, eyni proses Lənkəran və Cəlilabadda da baş verir. Lənkəranda 500 ailənin təxliyyə olunduğu deyilir.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın