Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Maaş ala bilməyənlərin sayı açıqlandı

Maaş ala bilməyənlərin sayı açıqlandı

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 489 min 400 manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək qanunvericiliyindən irəli gələn tələblərə əməl olunmasına, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə gecikdirilmədən, vaxtlı-vaxtında ödənilməsinin təmin olunmasına dövlət nəzarəti tədbirlərini cari ilin yanvar-iyun aylarında da uğurla davam etdirib.
Hesabat dövründə ümumilikdə 489402 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib ki, bu da ötən ilin ilk yarımili ilə müqayisədə 2,1 dəfə çoxdur. Ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 413969 manatı əmək haqlarından, 8278 manatı zərərə görə ödənclərdən, 67155 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.
Bu sahədə yol verilmiş nöqsanlara görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən, müvafiq məbləğlərdə cərimələr tətbiq olunub. Bununla yanaşı, son 6 ayda DƏMX işdən qeyri-qanuni şəkildə azad edilmiş 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını təmin edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın