Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Mətbuat Şurası jurnalistin hədələnməsi ilə bağlı nazirə müraciət etdi

Mətbuat Şurası jurnalistin hədələnməsi ilə bağlı nazirə müraciət etdi

Azərbaycan Mətbuat Şurası jurnalist Əziz Orucovun təhdidlə üzləşməsi iddiası ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.

Müraciətdə bildirilib ki, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün Facebook səhifəsində naməlum şəxs tərəfindən təhdid edildiyi barədə paylaşım edib. Jurnalist hadisənin Bakıda “Sahil” bağında ailəsi ilə birlikdə gəzintidə olarkən baş verdiyini açıqlayıb və yaşanmış olayın peşə fəaliyyətilə bağlılığını qabardıb.

“Qeyd edək ki, Əziz Orucovun paylaşımı kifayət qədər ictimailəşib, müxtəlif şəxslər tərəfindən yayılıb, olayı söz və ifadə azadlığı, jurnalistin peşə fəaliyyətinə maneçilik törətmək, plüralist fikri boğmaq cəhdi kontekstində qiymətləndirənlər var” kimi fikirlərin yer aldığı müraciətdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdan məsələni şəxsi diqqətində saxlaması xahiş edilib, eyni zamanda insidentin dərindən öyrəniləcəyinə, ona hüquqi qiymətin verilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyinə inam ifadə olunub.

“Onu da arzu edərdik ki,  jurnalistin peşə fəaliyyətinə görə təhdid edilməsi kimi motiv qazanaraq ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmaq niyyəti daşıyanlar üçün arqumentə çevrilmə ehtimalı yüksək olan bu məsələyə dair əsl həqiqətlər cəmiyyətə açıqlansın”, – deyə müraciətdə vurğulanıb. 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …