Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ – “Ailə münaqişələrin nə qədər informasiya yükü var?!”

Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ – “Ailə münaqişələrin nə qədər informasiya yükü var?!”

Kütləvi İnformasiya Vasitələrində tez-tez ailədaxili münaqişələri əks etdirən görüntülər yayılır.

Həmin videolarda xəyanət iddiasıyla hansısa qadına şiddət hadisələri öz əksini tapır. Həmin görüntülər heç bir yaş həddi göstərilmədən tirajlanaraq, minlərlə insana ötürülür.
Mətbuat Şurası bu kimi hadisələrin mediada işıqlandırılmasına necə baxır?

“İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə məsələylə bağlı Metbuat.az-a açıqlamasında bu cür videoların mediada yayılmasının birmənalı şəkildə əleyhinə olduğunu qeyd edib:

“Ailə müaqişəsi zəmnində baş verən hansısa bir hadisənin ictimailəşdirilməsi cəmiyyətin özünə xələl gətirən prosesdir. Mətbuat Şurasına bununla bağlı müraciət olunarsa, öz mövqeyimizi ortaya qoymağa hazırıq. Birmənalı şəkildə isə hesab edirəm ki, bu, yolverilməz hərəkətdir. Belə məlumatların tirajlanması cəmiyyət üçün problemlər yarada bilər. Həmin xəbərləri yaşlılar, gənclər, hətta həddi-büluğa çatmamış insanlar oxuyur, onların psixologiyasına mənfi təsir göstərir. Bu halların qarşısının alınması üçün aidiyyatı qurumlarla yanaşı, müəyyən təşkilatlar da öz mövqeyini ortaya qoymalıdır”.

Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli əlavə edib ki, etik məsələlərlə mübarizə aparmaq lazımdır:

“Jurnalistlərin etik davranış kodeksləri pozulursa, onlarla bağlı cox ciddi reaksiya göstəririk. Lakin bəzi mənəvi məsələlərə qanun yazılmır. Bu, millətimizin məsələyə baxışıyla bağlıdır. Təəssüf ki, bir çox portallar, yeni media bunları nəzərə almır. İnsan özünə rəva bilmədiyini yazmamalıdır. Bu qəzet dövründə də belə olub, indi də. Düzdür, bir çox məsələlər cəmiyyətə açıq olmalıdır, lakin bəzilərinin insanlara açıq olması yolverilməzdir. Ailə münaqişələrin nə qədər informasiya yükü var?! Bu, peşəkarlığa zidd məsələdir. Onun arxasıyla qaçmaq doğru deyil. Cəmiyyət onları az oxumalıdır. Lakin bizdə cəmiyyət o səviyyəyə qalxmayıb. Ümid edirəm ki, cəmiyyətin səviyyəsi yüksəldikdən sonra bu kimi hallar aradan qalxacaq”.
METBUAT.AZ

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …