Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Məni Akif İslamzadənin arvadı kimi tanıyırlar” -Nailə İslamzadə

“Məni Akif İslamzadənin arvadı kimi tanıyırlar” -Nailə İslamzadə

“25 il AzTV-də çalışmışam. Bu müddət ərzində yeddi sədr dəyişib. Daha sonra kanaldan getdim, məni buna məcbur etdilər. Getdiyim ildəki kimi (red: sədr Arif Alışanov olub) gərgin şərait heç vaxt olmamışdı. Tək mən yox, bir çoxu işdən ayrıldı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə deyib. Məşhur diktor “21 sual” “Youtube” layihəsinin qonağı olarkən maraqlı fikirlər səsləndirib.

N. İslamzadə insanların hələ də onu Akif İslamzadənin həyat yoldaşı kimi tanıdıqlarını bildirib: “Efirə Nailə Uluxanova kimi çıxdım. Ondan 2-3 il sonra İslamzadə oldum. O zamanlar Akif İslamzadəyə görə bu soyad məşhur idi. Hətta Akif bəyin xanımının adı Nailə idi və bir övladı varıydı. Mənim də bir övladım var, hər şey uyğundur. İndi də elə bilirlər ki, mən Sara xanımın gəliniyəm. İndiyədək də bunu düşünənlər var”.

Diktor proqramda qeyd edib ki, çoxuşaqlı ailə arzusu reallaşmayıb: “Hər kəsin ailəsi var və bu, hamının özünə aiddir. Durum, həyat yoldaşımdan danışım və ya şikayət edim? Mənim üçün ayıb olar. Mənim həyatımdır. Müəyyən şeyləri danışmaq olar. Çox övlad istəyərdim, amma Allah birini qismət etdi”.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …